Toivo Klaarın mandatı 2020-ci ilədək uzadılıb | 1news.az | Xəbərlər
Siyasət

Toivo Klaarın mandatı 2020-ci ilədək uzadılıb

09:14 - 27 / 06 / 2018
Toivo Klaarın mandatı 2020-ci ilədək uzadılıb

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toivo Klaarın mandatı uzadılıb.

1news.az xəbər verir ki, bununla bağlı Avropa İttifaqı Şurası qərar verib.

Toivo Klaarın mandatı 20 ay müddətinə, 2020-ci ilin 29 fevralına qədər uzadılıb.

Ümumilikdə, altı xüsusi nümayəndənin mandatının uzadılması barədə qərar verilib.

P.Sultanova

Paylaş:
347

Son xəbərlər

Bütün xəbərlər