Ərdoğan yeni prezident kimi ilk səfərini Şimali Kiprə və Azərbaycana edəcək | 1news.az | Xəbərlər
Siyasət

Ərdoğan yeni prezident kimi ilk səfərini Şimali Kiprə və Azərbaycana edəcək

13:57 - 28 / 06 / 2018
 Ərdoğan yeni prezident kimi ilk səfərini Şimali Kiprə və Azərbaycana edəcək

Rəcəb Tayyib Ərdoğanın prezident idarə üsuluna keçmiş Türkiyənin ilk Prezidenti kimi birinci rəsmi səfəri Şimali Kiprə və Azərbaycana olacaq.

Bu barədə 1news.az Türkiyə mətbuatına istinadən məlumat verir.

Bildirilir ki, Türkiyə Prezidentinin Şimali Kiprə və Azərbaycana səfəri iyulda planlaşdırılan inauqurasiyadan sonra baş tutacaq.

R.T.Ərdoğanın inauqurasiya mərasiminin dəqiq tarixi barədə hələ məlumat verilmir.

Qeyd edək ki, iyunun 24-də Türkiyədə prezident və parlament seçkiləri keçirilib. Prezident seçkilərində R.T.Ərdoğan 52,5 faiz səslə qalib gəlib. Müxalif Cümhuriyyət Xalq Partiyasından olan Məhərrəm İncə isə səslərin 30,7 faizini toplayıb.

1news.az

Paylaş:
409

Son xəbərlər

Bütün xəbərlər