"Taliban"ın sabiq səfiri Bakı toplantısı haqqında | 1news.az | Xəbərlər
Siyasət

"Taliban"ın sabiq səfiri Bakı toplantısı haqqında

10:18 - 28 / 06 / 2018
"Taliban"ın sabiq səfiri Bakı toplantısı haqqında

"Bu gün Bakıda keçirilən toplantının Əfqanıstan münaqişəsi baxımından çox faydalı olacağını düşünürəm".

1news.az  xəbər verir ki, bunu Bakıda keçirilən Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısında iştirak edən Əbdülsələm Zəif deyib.

O bildirib ki, bugünkü toplantıda bir çox məsələ, eləcə də "Taliban" və Əfqanıstan arasında sülh prosesinə dair danışıqların növbəti mərhələsi müzakirə ediləcək.

"Eyni zamanda Əfqanıstandakı seçkilər, hərbi əməliyyatlar da müzakirə ediləcək. Sonuncu sessiyada "Taliban"la sülh prosesinə dair növbəti addımlara dair çıxışım olacaq", - deyə o əlavə edib.

Ə. Zəif Bakıya ilk səfərinin olduğunu vurğulayıb və deyib ki, Əfqanıstanın gələcəyinin işıqlı olacağına inanır.

Qeyd edək ki, Ə. Zəif "Taliban"ın hakimiyyəti dövründə Əfqanıstanın Pakistandakı səfiri olub.

1news.az

Paylaş:
461

Son xəbərlər

Bütün xəbərlər