Macarıstan XİN rəhbəri Azərbaycana gəlib

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycana rəsmi səfərə gəlib.
1news.az-ın verdiyi xəbərə görə, nazir Bakıda keçiriləcək Macarıstan-Azərbaycan hökumətlərarası komissiyanın iclasında iştirak edəcək.
Bundan başqa, P.Siyartonun azərbaycanlı həmkarı Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.
S.Xankişiyeva
531