Bakıda Astananın 20 illiyi qeyd edilib | 1news.az | Xəbərlər
Siyasət

Bakıda Astananın 20 illiyi qeyd edilib

12:23 - 30 / 06 / 2018
Bakıda Astananın 20 illiyi qeyd edilib

Qazaxıstanın paytaxtı Astana şəhərinin 20 illiyi münasibətilə Qazaxıstanın Azərbaycandakı səfirliyində rəsmi qəbul təşkil olunub.

1news.az xəbər verir ki, tədbirdə hökumət nümayəndələri, Milli Məclisin deputatları, diplomatik korpusun üzvləri, ictimaiyyət təmsilçiləri və digər şəxslər iştirak ediblər.

 Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabəyov Astananın tarixindən söz açaraq bildirib ki, Astana 20 il ərzində iqtisadi, siyasi  və mədəniyyət mərkəzi olmaqla yanaşı, regional və dünya səviyyəli beynəlxalq tədbirlərin keçirildiyi yerə çevrilib.

Səfir MDB məkanında ilk dəfə Astanada "EXPO-2017" sərgisinin keçirildiyinə diqqət çəkib.

O əlavə edib ki, bu gün Astana Qazaxıstanın brendi və xalqın qürur mənbəyidir.

1news.az

Paylaş:
423

Son xəbərlər

Bütün xəbərlər