Qulam İshaqzai: BMT Azərbaycana dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün yardım göstərməyə hazırdır | 1news.az | Xəbərlər
Siyasət

Qulam İshaqzai: BMT Azərbaycana dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün yardım göstərməyə hazırdır

14:48 - 02 / 07 / 2018
Qulam İshaqzai: BMT Azərbaycana dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün yardım göstərməyə hazırdır

BMT Azərbaycana dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün yardım göstərməyə hazırdır.

1news.az-ın verdiyi xəbərə görə, bunu BMT -nin Azərbaycandakı rezident Əlaqələndiricisi Qulam İshaqzai Azərbaycanda Dayanıqlı Inkişaf Məqsədlərinin milliləşdirilməsi və prioritetləşdirilməsi üzrə konfransda çıxışı zamanı deyib.

O bildirib ki, BMT Azərbaycanın dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün göstərdiyi səyləri yüksək qiymətləndirir.

Q.İshaqzainin sözlərinə görə, dayanıqlı inkişaf məqsədləri üzrə qarşıya qoyulan məqsədlərə çatmaq üçün dövlət qurumları özəl sektor və vətəndaş cəmiyyəti ilə birgə çalışmalıdır.

Rezident əlaqələndirici qeyd edib ki, fərdi və ümumi ehtiyac və imkanlardan daha yaxşı xəbərdar olan yerli icmalar və iştirakçılar 2030-cu il gündəliyinin icrasında ən yaxşı tərəfdaşdılar.

Q.İshaqzai bildirib ki, dayanıqlı inkişaf məqsədlərinin üzrə məlumatların təmin edilməsi üçün milli mexanizmlər  daha da inkişaf etdirilməlidir, q adınlarla, zəif təbəqələrlə daha çox  iş görülməlidir.

Q.İshaqzai deyib ki, BMT -nin Azərbaycandakı nümayəndəliyi və Dayanıqlı Inkişaf üçün Milli Əlaqələndirmə Şurasının təşkil etdiyi konfransın məqsədi dayanıqlı inkişaf məqsədləri, hədəflər və göstəricilərin  prioritetləşdirilməsi  və onların yerli şəraitə uyğunlaşdırılmasında Azərbaycanın səylərini dəstəkləməkdir. Konfrans Azərbaycanın 2019-cu ildə BMT-nin Yüksək Səviyyəli Forumuna könüllü milli hesabatın hazırlanmasına töhfə verəcək.

Üç gün davam edəcək konfransda iştirakçılar Azərbaycan üçün dayanıqlı inkişaf məqsədlərinin sürətləndirilməsi platformaları, dayanıqlı inkişaf məqsədləri üzrə məlumatların təmin edilməsi üçün milli mexanizmlər, dayanıqlı inkişaf məqsədlərinin gender məsələlərinə  diqqət yetirməklə həyata keçirilməsi məsələləri müzakirə ediləcək.

Babək Cahandarov

 

Paylaş:
852

Son xəbərlər

Bütün xəbərlər