İqor Korotçenko: “Azərbaycan Rusiya silahlarının ən böyük alıcılarından biridir”

Rusiya hərbi-texniki sahə üzrə Azərbaycanla əməkdaşlığa sadiqdir.
Bu barədə Cocuq Mərcanlı kəndində keçirilən “Azərbaycan Qafqazda Rusiyanın yeganə müttəfiqidir” adlı konfransda çıxışı zamanı “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.
Azərbaycanın Rusiya silahlarının ən böyük alıcılarından biri olduğunu deyən baş redaktor bu silahların kiməsə qarşı yönəlmədiyini bildirib:
İ.Korotçenko ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiq olduğunu da diqqətə çatdırıb:
“Əlbəttə ki, Azərbaycan və Ermənistan sülh şəraitində yaşaya bilərlər. Ərazilərin qaytarılması iki ölkə arasında iqtisadi əməkdaşlığın genişlənməsinə yol açardı”.
Tədbirin təşkilatçıları Beynəlxalq Avrasiya Hərəkatı, Qarabağın Azərbaycanlı İcması, Azərbaycan Rusiya Federasiyası, İzborsk Klubudur.
Qeyd edək ki, Moskvada 2017-ci ilin sentyabrında “Moskva-Bakı oxu: Qafqazın yeni geosiyasətinə doğru” adlı konfrans keçirilib.
1news.az