Mübariz Əhmədoğlu: “Müdriklik” anlayışına Ermənistan rəhbərliyinin yanaşması qalan dünyadan fərqlənir

Ermənistan Xİ nazirliyinin mətbuat xidmətinin rəhbəri T.Balayan Bakıda keçirilən hərbi parada və bu paradda Prezident və Silahlı Qüvvələrin Ali Baş Komandanı İ.Əliyevin bəyanatlarına psixologiya ilə sərhəddə olan mövqe nümayiş etdirdi.
Ermənistanda və Azərbaycanda müdriklik irsən ötürülə də bilər ötürülməyə də bilər. Bu faktdır ki, İ.Əliyev Prezident olarkən Azərbaycan dövləti yalnız böhran meyllərini yenicə dayandıra bilmişdi. Dünya çapında rolu olan Azərbaycan dövlətinin müəllifi İ.Əliyevdir. Ermənistan rəhbərliyi isə bütün dünyanın pulla bürüdüyü Ermənistanı kasıb, dilənçi vəziyyətinə saldılar. İ.Əliyevin, yoxsa Ermənistan rəhbərliyinin müdrik olmasını təkcə bu fakt müəyyənləşdirir.
2016-cı ilin aprel döyüşlərindən sonra prezident S.Sərkisyan Almaniyaya qaçdı və kansler Merkelə uduzmasının səbəbini izah etdi: Ermənistanın silahları köhnə imiş. Amma bu gün İ.Əliyev özünün sərəncamında olan bütün silahları nümayiş etdirə bilir və erməniləri də dəhşətə gətirən budur. Ona görə erməni siyasilərinin şəxsiyyətlərinin ikiləşməsi faktını asanlıqla konstatasiya etmək olar. “Azərbaycanlı”, “türk” kəlmələri bütün ermənilərin şüurunu baş-ayaq vəziyyətə salır.
Yaxınlarda Moskvada yaşayan milliyyətcə erməni, iranşünas xanım Karine Gevorkyanı Yerevana dəvət edirlər. O, ABŞ-ın Ermənistandakı səfirliyində görüşlər keçirir, Ermənistanın Azərbaycan və Türkiyə ilə qonşuluğunda yerləşdiyini və bu xüsusda Ermənistan üçün ABŞ-dan xüsusi qayğının vacibliyini əsaslandırır. K.Gevorkyanın ABŞ səfirliyindəki həmsöhbəti Rusiyanın, Azərbaycanın, Türkiyənin ÜDM-lərini Ermənistanın ÜDM-i ilə müqayisə edir və Ermənistana iqtisadi inkişafın hər şeydən vacib olduğunu başa salmaq istəyir. Guya böyük intellektuala malik K.Gevorkyan Amerika səfirliyinin əməkdaşına diqqət çəkən cavab verir.
Hunlar Avropaya hücum çəkərkən onların ÜDM-i nə qədər idi? K.Gevorkyanın intellekti həmin anda işləmədi. “Azərbaycan” məhfumunun səslənməsi ermənilərin ağlını tormozlayır. Məhz “Azərbaycan” məhfumunə görə K.Gevorkyanın intellekti erkən orta əsrlər səviyyəsində qaldı. Başa düşmək istəmədi ki, hunlar Avropanı işğal etsələr də, iqtisadiyyatlarını qura bilmədikləri üçün sıradan çıxdılar. Avropa isə güclü ÜDM-li iqtisadiyyat qurduğu üçün bu gün dünyanın lideridir. T.Balayan, K.Gevorkyan hələ Ermənistanın yeni Xİ naziri Z.Mnasakanyan və yeni baş naziri N.Paşinyanla müqayisədə toya-bayrama getməlidir.
N.Paşinyanın məntiqdən uzaq davranışı yaxın zamanlarda Ermənistanda yeni hərəkətlərə səbəb olacaqdır. Hər halda erməni xalqının belə intellektualları onun üçün yalnız fəlakət vəd verir.
Mübariz Əhmədoğlu,
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq