İlham Əliyev: Astana müstəqil Qazaxıstanın yeni simvoluna çevrilib – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

İlham Əliyev: Astana müstəqil Qazaxıstanın yeni simvoluna çevrilib – VİDEO

09:50 - 06 / 07 / 2018
İlham Əliyev: Astana müstəqil Qazaxıstanın yeni simvoluna çevrilib – VİDEO

Astana Müstəqil Qazaxıstanın yeni simvoluna çevrilib.

1news.az Kazinform saytına istinadla xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev deyib.

“Hər səfərimdə Astanada intensiv inkişaf görürəm. İlk baxışdan elə gəlir ki, şəhər sakinləri üçün memarlıq inkişafı baxımından əlverişli şərait təşkil olunub, ancaq hər dəfə Astanaya gələndə yeni layihələr, yeni arxitektura qərarları, yeni inkişaf istiqamətləri təəccübləndirir.

Astana müasir və uğurlu şəhər tikintisinin bariz nümunəsidir. Burada memarlıq və infrastruktur qərarları bir-biri ilə bağlıdır. Bu isə şəhər sakinləri üçün çox əlverişlidir.

Astana buraya gələnlər üçün rahat şəhərdir. Görünür ki, Qazaxıstan rəhbərliyi şəhərin inkişafına xüsusi sevgi ilə yanaşır”, - İlham Əliyev “Xabar” telekanalı vasitəsi ilə nümayiş etdirilən və Qazaxıstan paytaxtı Astanaya həsr edilmiş “Böyük çölün paytaxtı” adlı sənədli filmdə deyib.

Azərbaycan prezidentinin sözlərinə görə, 20 il əvvəl Qazaxıstanın iqtisadi potensialı indiki kimi deyildi. Bu zaman iri iqtisadi islahatlar dövrü oldu. Ona görə də paytaxtın köçürülməsi haqqında təşəbbüs böyük cəsarət və müdriklik tələb edirdi.

“Azad ərazidə salınmış şəhərdir. Mən Astananı yarandığı gündən tanıyıram. Aydındır ki, bu, böyük səylər, həmçinin insan və maliyyə resursları tələb edirdi.

Çoxları paytaxtı köçürülməsi qərarını gözləmirdi. Ancaq həyat göstərdi ki, bu qərar çox uğurlu oldu. Ona görə ki, müasir, geniş meqapolis tikilib”, - o deyib.

İlham Əliyevin sözlərinə görə, Astananın inkişafı minlərlə iş yerinin açılmasına şərait yaratdı.

“Şəhərin tikinti tempi mühəndislik və tikinti materialları sənayesinin inkişafını təmin edib. Deməli, paytaxt inkişaf perspektivlərini öz arxasınca aparır. Buna görə qərar çox düzgün idi.

İqtisadi baxımdan böyük xərclərə baxmayaraq, sizə deyə bilərəm ki, bu qərar tam olaraq özünü doğrultdu.

Fikrimcə, Astananın tikintisindən əvvəl Qazaxıstanın yeni simvolunun yaradılması təklif edilirdi. Bu məqsədə nail olundu”, - İlham Əliyev bildirib.

S.Xankişiyeva

 

Paylaş:
478

Son xəbərlər

Valideynlərini itirən uşağı övladlığa götürən qadınların pensiyaya tez çıxmasını nəzərdə tutan qanun təsdiqləndiBu gün, 17:23Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıbBu gün, 17:20Neft Daşlarında dalğanın hündürlüyü 2.3 metr olub - FAKTİKİ HAVABu gün, 17:09“İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Birinci Turoperatorlar Forumu”nun yekun bəyanatı imzalanıbBu gün, 17:00Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? - XƏBƏRDARLIQBu gün, 16:52“Biznes Mərkəzi Klubu”nun açılış mərasimi - FOTO - VİDEOBu gün, 16:4966 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilibBu gün, 16:41Suqovuşan su anbarına balıq körpələri buraxılıbBu gün, 16:38Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdirilibBu gün, 16:34Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub - YENİLƏNİBBu gün, 16:31Azərbaycan XİN Böyük Britaniya səfirinə cavab veribBu gün, 16:18Ağdaşda 5 otaqlı ev yanıbBu gün, 16:05Aprel ayı üzrə diplomu tanınmayan məzunların sayı açıqlanıbBu gün, 15:49Azərbaycan hərbçiləri hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklərBu gün, 15:35“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTOBu gün, 15:25“GSMA M360 Eurasia 2024” Bakıda beynəlxalq sənaye liderlərini bir araya gətirəcəkBu gün, 15:23Bakıda fəaliyyət göstərən çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıbBu gün, 15:22FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 15:07Mustafa Qurbanlı: SOCAR-ın məqsədi Milli Enerji Şirkəti olmaqdıBu gün, 14:50AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edibBu gün, 14:32
Bütün xəbərlər