Bu gün Ərdoğanın andiçmə mərasimi keçiriləcək | 1news.az | Xəbərlər
Dünya

Bu gün Ərdoğanın andiçmə mərasimi keçiriləcək

10:06 - 09 / 07 / 2018
Bu gün Ərdoğanın andiçmə mərasimi keçiriləcək

Bu gün Türkiyə Böyük Millət Məclisində Rəcəb Tayyib Ərdoğanın inaqurasiya mərasimi keçiriləcək.

1news.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Beştəpədə “Prezidentin vəzifəsinə başlama mərasimi” baş tutacaq.

Mərasimdə 22 dövlət başçısı və 28 ölkədən nümayəndə iştirak edəcək. Ümumilikdə, tədbirə 10 min insan qatılacaq. Azərbaycanı bu mərasimdə baş nazir Novruz Məmmədov təmsil edəcək.

Təbdirin sonunda 101 top atışı həyata keçiriləcək və gələn qonaqlara xüsusi hazırlanmış 1 lirəlik əskinazlar təqdim olunacaq.

S.Xankişiyeva

 

Paylaş:
655

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər