Ərdoğanın rəsmi qarşılanma mərasimi olub | 1news.az | Xəbərlər
Rəsmi

Ərdoğanın rəsmi qarşılanma mərasimi olub

14:24 - 10 / 07 / 2018
Ərdoğanın rəsmi qarşılanma mərasimi olub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Türkiyə prezidentinə raport verib.

Prezident İlham Əliyev və prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Türkiyə prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Türkiyənin və Azərbaycanın dövlət himnləri səslənib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

S.Xankişiyeva

 

Paylaş:
478

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər