İlham Əliyev: Türkiyə Qarabağ məsələsində daim Azərbaycana dəstək verir | 1news.az | Xəbərlər
Siyasət

İlham Əliyev: Türkiyə Qarabağ məsələsində daim Azərbaycana dəstək verir

17:07 - 10 / 07 / 2018
İlham Əliyev: Türkiyə Qarabağ məsələsində daim Azərbaycana dəstək verir

Türkiyə Dağlıq Qarabağ məsələsində daim Azərbaycana dəstək verir.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakıda rəsmi səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla geniş tərkibli görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Dövlət başçısı deyib ki, Ermənistan BMT qətnamələrinə əməl etməlidir, Azərbaycan əraziləri işğaldan azad edilməlidir:

“Türkiyənin mövqeyi beynəlxalq hüquqa tam uyğundur. Azərbaycan da daim Türkiyəni dəstəkləyir”.

S.Xankişiyeva

 

Paylaş:
423

Son xəbərlər

Bütün xəbərlər