Azərbaycan Prezidenti iki hakimə “Əməkdar hüquqşünas” fəxri adı verib | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan Prezidenti iki hakimə “Əməkdar hüquqşünas” fəxri adı verib

19:59 - 10 / 07 / 2018
Azərbaycan Prezidenti iki hakimə “Əməkdar hüquqşünas” fəxri adı verib

Prezident İlham Əliyev “Əməkdar hüquqşünas” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir: 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının məhkəmə hakimiyyəti orqanlarında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin aşağıdakı hakimlərinə “Əməkdar hüquqşünas” fəxri adı verilsin:

Rövşən Rəhim oğlu İsmayılova

İsa Əli oğlu Nəcəfova.

President.az

Paylaş:
486

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər