Məlahət İbrahimqızı: Hökumətin qarşısına qoyulan bütün işlərin hamısı öz hədəflərinə çatıb | 1news.az | Xəbərlər
Siyasət

Məlahət İbrahimqızı: Hökumətin qarşısına qoyulan bütün işlərin hamısı öz hədəflərinə çatıb

17:48 - 11 / 07 / 2018
Məlahət İbrahimqızı: Hökumətin qarşısına qoyulan bütün işlərin hamısı öz hədəflərinə çatıb

2018-ci ilin ilk altı ayında hökumətin qarşısına qoyulan bütün işlərin hamısı öz hədəflərinə çatıb.

Bu fikirləri 1news.az-a açıqlamasında millət vəkili Məlahət İbrahimqızı Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib:

“Həmin dövrdə baş vermiş ən mühüm hadisələrdən biri prezident seçkiləri oldu. Azərbaycan xalqı bir daha ölkə başçısına öz dəstəyini ifadə elədi. Eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin və Ordumuzun 100 illiyinin qeyd olunması da mühüm hadisələrdən oldu.

Ən vacib hadisələrdən biri də dünya dövlətlərinin diqqət mərkəzində olan TANAP layihəsinin açılışının olmasıdır. Ən əsası da bu layihə Azərbaycan xalqının yüksək qiymətləndirdiyi və dəstək verdiyi bir layihədir”.

M.İbrahimqızının sözlərinə görə, dövlət başçısı çıxışında Azərbaycan Ordusunun gücünü nümayiş etdirən hərbi paradı da xüsusi qeyd etdi. Bildirdi ki, Azərbaycanın torpaqlarını işğal edən Ermənistan iflasa uğramış bir vəziyyətdədir. Onun nə iqtisadi, nə siyasi, nə demoqrafik, nə də ordusunun gücü Azərbaycanla müqayisəolunmaz dərəcədə zəifdir:

“Bunun əksinə olaraq dövlətimizin siyasi və iqtisadi gücü, eyni zamanda milli Ordumuzun qüdrəti tezliklə torpaqlarımızın işğaldan azad olunacağına inamı artırır. Təbii ki, Azərbaycan xalqı müharibə istəmir. İstəyir ki, münaqişə danışıqlar yolu ilə həll olunsun. Əks təqdirdə Azərbaycan hərbi yolla olsa belə öz ərazi bütövlüyünü bərpa edəcək.

Prezidentin mövcud problemlərlə bağlı söylədiklərinə toxunan millət vəkili bildirib ki, son illər ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə sahəsində çox böyük nailiyyətlər əldə olunub:

“Bu sahədə islahatlar bundan sonra da davam edəcək. Bu isə mövcud problemlərin həllini sürətləndirməklə yanaşı, ölkəmizin inkişafının bundan sonra da yüksək templı davam etməsinə zəmin yaradacaq”.

1news.az

Paylaş:
1356

Son xəbərlər

Güclü külək əsəcək, yağəş yağacaq - XƏBƏRDARLIQBu gün, 16:30ICESCO-nun Baş direktoru: Şuşanın bütünlüklə Qafqazda musiqinin paytaxtı olması təəccüblü deyilBu gün, 16:14Hərbi vəzifəlilərin təlim toplanışında növbəti tapşırıqlar icra edilirBu gün, 15:54ICESCO-nun Baş direktoru: Fəxr edirik ki, Prezident İlham Əliyev bizim planlarımızı dəstəkləyirBu gün, 15:41Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedirBu gün, 15:27Bakıda mənzildə meyit tapılıbBu gün, 15:16Prezident və birinci xanım Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında iştirak ediblər - YENİLƏNİB 2Bu gün, 15:07Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi üçün böyük səylər göstərir - PrezidentBu gün, 15:04DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edibBu gün, 15:00Prezident: Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan olunması müsəlman dünyasının Azərbaycana hörmətinin əlamətidirBu gün, 14:58Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcəkBu gün, 14:44Azərbaycan və Ermənistan XİN başçıları danışıqları davam etdirməyə razılaşıblarBu gün, 14:04Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirov ehtiyata buraxılıbBu gün, 13:56FHN: Ötən sutka 15 yanğına çıxış olub, 7 nəfər xilas edilibBu gün, 13:42Bu gün görkəmli yazıçı Maqsud İbrahimbəyovun doğum günüdürBu gün, 13:25ASAP tərəfindən Almaniyada Heydər Əliyevin doğum gününə həsr olunmuş gənclər konfransı keçirilibBu gün, 13:12Xalq rəssamları Natavanın Parisdəki heykəlinin bərpasına görə Prezidentə təşəkkür etdilər: “Bu, bizi sevindirdi”Bu gün, 13:10Bakı-Qəbələ-Bakı qatarları istirahət günləri hər iki istiqamətdə hərəkət edəcəkBu gün, 13:04Bazar gününün hava proqnozuBu gün, 12:53Qızıl və gümüşün qiyməti daha da artıbBu gün, 12:43
Bütün xəbərlər