Bu gün Brüsseldə Azərbaycan və Ermənistanın XİN başçıları görüşəcək | 1news.az | Xəbərlər
Siyasət

Bu gün Brüsseldə Azərbaycan və Ermənistanın XİN başçıları görüşəcək

09:42 - 11 / 07 / 2018
Bu gün Brüsseldə Azərbaycan və Ermənistanın XİN başçıları görüşəcək

Bu gün Belçika paytaxtı Brüsseldə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın görüşü olacaq.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə ediləcək.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov Rusiya, Stefan Viskonti Fransa və Əndrü Sxofer ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edəcək.

S.Xankişiyeva

 

Paylaş:
522

Son xəbərlər

Bütün xəbərlər