İtaliya mətbuatı Dilqəm Əsgərov və Şahbaz Quliyevdən yazıb | 1news.az | Xəbərlər
Siyasət

İtaliya mətbuatı Dilqəm Əsgərov və Şahbaz Quliyevdən yazıb

14:12 - 17 / 07 / 2018
İtaliya mətbuatı Dilqəm Əsgərov və Şahbaz Quliyevdən yazıb

Soydaşlarımız Dilqəm Əsgərovun və Şahbaz Quliyevin Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülməsinin 4-cü ildönümü ilə əlaqədar İtaliyanın Beynəlxalq İqtisadi və Siyasi Araşdırmalar İnstitutunun (IREPI) prezidenti Domeniko Letizianın müəllifliyi ilə nüfuzlu “L’Opinione” qəzetində “Ermənistan və insan hüquqlarının pozulması” və “Agenzia Nova” xəbər agentliyi tərəfindən “Azərbaycan: vətəndaşlar Əsgərovun və Quliyevin girov götürülməsinin 4-cü ildönümü” adlı məqalələr dərc olunub.

1news.az-ın verdiyi xəbərə görə, məqalələrdə 2014-cü il iyulun 11-də azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərovun və Şahbaz Quliyevin Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda doğma torpaqlarını və ata-analarının məzarlarını ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülməsindən, onların yanında olan Həsən Həsənovun isə qətlə yetirilməsindən dörd il keçdiyi, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış, beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan, Ermənistanın nəzarəti altında olan qondarma rejimin qanunsuz olaraq D.Əsgərovu ömürlük, Ş.Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrum etdiyi bildirilir.

Habelə sözügedən vətəndaşların insan hüquqlarına zidd rəftara məruz qaldıqlarını sübut edən görüntülərin mövcudluğu səbəbindən məsələnin beynəlxalq müstəviyə çıxdığı, o görüntülərin Ermənistan tərəfindən mülki şəxslərin girov götürülməsini qadağan edən və hərbi münaqişələr zamanı mülki şəxslərə münasibətdə humanist davranış tələb edən 1949-cu il Cenevrə Konvensiyası qarşısında götürdüyü öhdəlikləri kobud şəkildə pozduğunu sübut etdiyi vurğulanır. Bu xüsusda Ermənistanın Azərbaycan tərəfinin humanitar hüquq normalarına əməl olunmasına və saxlanılmış mülki şəxslərin tez bir zamanda azad edilməsinə dair çağırışlarına məhəl qoymadığı diqqətə çatdırılır.

Yazılarda Ermənistanın bu addımı qeyri-humanist bir addım kimi qiymətləndirilərək münaqişənin sülh yolu ilə həllinə çətinliklər yaratdığı, təcavüz və Azərbaycan torpaqlarının işğalını möhkəmləndirməyə istiqamətlənmiş məqsədyönlü siyasət yürütdüyü qeyd olunur.

Məqalələrdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələri, habelə Xocalı soyqırımı barədə məlumat verilir və beynəlxalq ictimaiyyətin çağırışlarına, beynəlxalq qurumlar tərəfindən qəbul edilmiş sənədlərə, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadığı bildirilir.

S.Xankişiyeva

 

Paylaş:
439

Son xəbərlər

Xırdalan 0.0 Bakı Marafonunun Alkoqolsuz tərəfdaşıdır - FOTOBu gün, 17:51ABŞ səfiri: Füzulidə dağıntıların miqyasını, eyni zamanda yenidənqurma işlərini görəndə çox təsirləndikBu gün, 17:39Bakı dünyanın “İdman Paytaxtı” seçilibBu gün, 17:23Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edibBu gün, 17:21DSX rəisi Böyük Britaniyanın Kralı ilə atların yarışını izlədi - FOTOBu gün, 17:12Sevinc Fətəliyeva: Bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi xarakterizə olunurBu gün, 17:00Nazir Avropa çempionatında qızıl medal qazanan şahmatçını qəbul edib - FOTOBu gün, 16:49SABAH.school-un yaratdığı özəl fürsəti qacırmayın!Bu gün, 16:45Rezidenturaya qəbulun nəticələri açıqlanıbBu gün, 16:43Zamanın obyektivində BAM: magistralın 50 illiyinə və Heydər Əliyevin misilsiz xidmətlərinə həsr olunmuş sərgiBu gün, 16:12ABŞ səfiri: Şuşada olduğuma görə xoşbəxtəmBu gün, 15:46Lənkəranda saxta uduşlu lotoreya dələduzluğu aşkarlanıbBu gün, 15:42Azərbaycanın turizm imkanları Dubayda sərgilənir - FOTOBu gün, 15:37Unibank kredit faizini aşağı saldı, kredit məbləğini və müddəti artırdı!Bu gün, 15:35Lənkəranda saxta uduşlu lotoreya dələduzluğu edən şəxs saxlanılıbBu gün, 15:24Hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEOBu gün, 15:12İstehsal ilə məşğul olan sahibkarlara dəstək – KOB Model MüəssisəsiBu gün, 15:06AZAL bu yay 60-a yaxın istiqamətdə uçacaqBu gün, 14:46Qubadlıda sümük fraqmenti aşkarlanıbBu gün, 14:39ABŞ-nin Azərbaycandakı səfiri Şuşada Aydın Kərimovla görüşübBu gün, 14:31
Bütün xəbərlər