Hökumətlərin yox etmək istədiyi qəbilə - FOTO | 1news.az | Xəbərlər
Dünya

Hökumətlərin yox etmək istədiyi qəbilə - FOTO

16:24 - 17 / 07 / 2018
Hökumətlərin yox etmək istədiyi qəbilə - FOTO

Avstraliyanın Böyük Viktoria çölündə yaşayan Spinifeks və ya Pile Nquru qəbiləsi dünyanın ən çox maraq doğuran qəbilələrindən biridir. Çünki hökumətlər bu qəbiləni yox etmək istəyirlər. Səbəbi isə çox maraqlıdır...

Düzəltdikləri sənət əsərləri ilə məşhur olan bu qəbilə 15 min ildən artıqdır ki, bu ərazidə yaşayır. Avropalılar Avstraliyanı işğal etdikdən sonra soyuq və quru iqlimə sahib olduğu, eləcə də torpaqları kənd təsərrüfatına yararlı olmadığı üçün Spinfeks qəbiləsinə toxunmadılar. Lakin 1953-cü ildə isə İngiltərə və Avstraliya hökumətləri Spinifeksin torpağında onların razılığı olmadan nüvə silahının sınağını həyata keçirdilər.

Bu hadisədən sonra onların çoxu başqa ərazilərə köçdü. Sonra isə geri qayıdaraq öz torpaqları uğrunda mübarizəyə başladılar. Yalnız burada yaratdıqları sənət əsərləri bu torpaqların onlara məxsus olduğunu sübut etdi. Hazırda Spinifeks qəbiləsinin üzvlərinin sayının 180-220 nəfər olduğu təxmin edilir.

1news.az

Paylaş:
1675

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər