Tək istirahətə üstünlük verən qadınların seçdiyi - ÖLKƏLƏR
2015-ci ildən etibarən tək səyahət etməyə üstünlük verənlərin sayı 42% artıb.
1news.az xəbər verir ki, bu barədə Travel Daily News məlumat yayıb.
Məlumata görə, bu cür əyləncə növünü seçən qadınların sayı kişilərə nisbətən artmaqdadır. Qadın səyahətçilər tərəfindən ən çox seçilmiş ölkələrin siyahısında Makedoniya, Lüksemburq, Misir, Albaniya və Finlandiya var.
Tək istirahət etməyə üstünlük verən kişilər isə Birləşmiş Ərəb Əmirlikləri, Şri Lanka, Moldova, İsrail və Portuqaliyanı seçirlər.
Qeyd edilib ki, yalnız istirahət edənlərin saylrının artması texnologiyaların inkişafı ilə əlaqələndirilə bilər. Çünki indi təyinat yerini tapmaq asanlaşıb.
1news.az
826