Paşinyanın çağırışı komandasını niyə narahat edir? | 1news.az | Xəbərlər
Ermənistan

Paşinyanın çağırışı komandasını niyə narahat edir?

11:32 - 17 / 07 / 2018
Paşinyanın çağırışı komandasını niyə narahat edir?

Ermənistanın baş naziri Nikol Paşinyanın məmurların övladlarının məcburi hərbi xidmətə göndərilməsinə dair çağırışı ilk növbədə Paşinyanın komandasının üzvlərini narahat edib.

1news.az  erməni mətbuatına istinadla xəbər verir ki, bu mövzu yeni hökumətin üzvlərini çox narahat edir, çünki onların çoxu orduda xidmət etməyib və bu fakt yaxın gələcəkdə ortaya çıxacaq.

Məlumata görə, məxməri inqilab nəticəsində vəzifələrə təyin edilmiş gənc kadrlar bu məsələni bir-biri ilə müzakirə edir, lakin yüksək səslə münasibət bildirmirlər. Çünki Nikol Paşinyanla danışmağa cəsarət etmirlər.

1news.az  

Paylaş:
582

Son xəbərlər

Bütün xəbərlər