Məşhur aktyorun bacısı qızı “kedicik” çıxdı
Adnan Oktar və qrupuna qarşı keçirilən əməliyyatda məşhur aktyor Şənər Şənin bacısı qızı da saxlanılıb.
1news.az-ın Kulis.az-a istinadən verdiyi xəbərə görə, Adnan Oktar və dəstəsinə qarşı keçirilən əməliyyatın ikinci günündə kino və teatr aktyoru Şənər Şənin bacısı qızı Əsli Sümə Əfəoğlu nəzarətə alınanlar arasında olub.
İstanbul Polis İdarəsində saxlanılan Əfəoğlunun da digər şübhəlilər kimi dindirilməyə aparılacağı məlum olub.
Əsli Sümə Əfəoğlunun 24 ildir ki, Adnan Oktarın yanında olduğu bildirilir. O, “Notre Dame de Sion” kollecini bitirdikdən sonra İstanbul Universitetinin Əmək iqtisadiyyatı fakültəsinin məzunu olub.
1news.az
2046