Bakıya səfər etmiş erməni əsilli videobloqer Vladislav Movsesov İrəvana gedib | 1news.az | Xəbərlər
Ermənistan

Bakıya səfər etmiş erməni əsilli videobloqer Vladislav Movsesov İrəvana gedib

09:40 - 19 / 07 / 2018
Bakıya səfər etmiş erməni əsilli videobloqer Vladislav Movsesov İrəvana gedib

Videobloqer Vladislav Movsesov Ermənistandadır.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, hazırda İrəvandadır və tezliklə öz hekayəsini paylaşacaq.

Qeyd edək ki, o, erməni əsilli Belarus  vətəndaşıdır. Bloqqer kimi Azərbaycana səfər edib və guya həyatının təhlükədə olmasına dair videomesaj yayıb.

Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan  erməni mətbuatına  açıqlamasında Vladislav Mosesovun Azərbaycana səfərindən sonra həyatının təhlükədə olduğunu bildirib:

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə cavabında deyib ki, Ermənistan xarici işlər nazirliyi və xüsusi xidmət orqanları o qədər çarəsiz vəziyyətdədirlər ki, artıq klounlarla işləməyə başlayıblar. O ki qaldı hansısa bloqqerə, o da deyəsən megalomaniyadan əziyyət çəkir.

 “Bizim belə qeyri-ciddi işlərlə məşğul olmağa vaxtımız yoxdur. Görünən odur ki, arzuolunmaz şəxslər siyahısı Ermənistana rahatlıq vermir, ciddi psixoloji və praktiki təzyiq altında olduqlarını etiraf edirlər”.

1news.az

Paylaş:
866

Son xəbərlər

Bütün xəbərlər