Paşinyan Roşbulana Ermənistan vətəndaşlığı verib | 1news.az | Xəbərlər
Ermənistan

Paşinyan Roşbulana Ermənistan vətəndaşlığı verib

11:49 - 19 / 07 / 2018
Paşinyan Roşbulana Ermənistan vətəndaşlığı verib

Baş naziri Nikol Paşinyan Fransa Milli Assambleyasının sabiq deputatı Fransua Roşbulana Ermənistan vətəndaşlığı verib.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, Paşinyan Roşbulanın Ermənistan-Fransa münasibətlərinin möhkəmləndirilməsində rolunu yüksək qiymətləndirib və ona Ermənistan vətəndaşlığı pasportunu təqdim edib.

Qeyd edək ki, Roşbluan ermənipərəst mövqeyi ilə tanınıb, Azərbaycana qarşı hər zaman qərəzli olub. Dəfələrlə Azərbaycanın işağl olunmuş Dağlıq Qarabağ ərazisinə qanunsuz səfərlər edib.  O, bu gün yenidən Qarabağa səfər edəcək.

P.Sultanova

Paylaş:
656

Son xəbərlər

Bütün xəbərlər