İtaliya Prezidenti Sercio Mattarella “Heydər Əliyev” ordeni ilə təltif edilib | 1news.az | Xəbərlər
Rəsmi

İtaliya Prezidenti Sercio Mattarella “Heydər Əliyev” ordeni ilə təltif edilib

00:01 - 19 / 07 / 2018
İtaliya Prezidenti Sercio Mattarella “Heydər Əliyev” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev Sercio Mattarellanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir: 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə İtaliya Respublikasının Prezidenti Sercio Mattarella “Heydər Əliyev” ordeni ilə təltif edilsin”.

1news.az

Paylaş:
741

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər