XİN: Azərbaycan ərazilərinin işğal altında saxlanılması heç zaman Ermənistanın güddüyü siyasi nəticələri verə bilməz | 1news.az | Xəbərlər
Siyasət

XİN: Azərbaycan ərazilərinin işğal altında saxlanılması heç zaman Ermənistanın güddüyü siyasi nəticələri verə bilməz

14:40 - 23 / 07 / 2018
XİN: Azərbaycan ərazilərinin işğal altında saxlanılması heç zaman Ermənistanın güddüyü siyasi nəticələri verə bilməz

Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü zamanı 23 iyul 1993-cü il tarixində keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Ağdam rayonunun inzibati mərkəzi, Aşağı Qarabağın ən böyük şəhərlərindən biri Ağdam işğal olunub.

1news.az-ın verdiyi xəbərə görə, bu fikirləri Ağdam rayonunun işğalının 25-ci ildönümü ilə əlaqədar XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin açıqlamasında bildirib:

“Təcavüz səbəbindən ümumi ərazisi 1154 kv. km olan 138 yaşayış məntəqəsindən ibarət Ağdam rayonunun əksər hissəsi zəbt edilib və oranın əhalisi etnik təmizləməyə məruz qalıb. Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilib. İşğal nəticəsində 122 yaşayış məntəqəsi, 24 min 446 yayayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr və s. talan və məhv edilib. Ağdamın müdafiəsi zamanı döyüşlərdə 6 minə yaxın rayon sakini şəhid olub. Ağdamın futbol klubu olan “Qarabağ” isə dünya miqyasında didərgin düşmüş komandaların olduqca nadir misallardan birinə çevrilib. Hal-hazırda 200 min nəfər rayon sakinindən 153 min nəfərdən artıq şəxs Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində yaşayır.

İşğal edilmiş ərazilərdəki çoxsaylı tarixi abidələrin xeyli hissəsi məhv olmağa, zahiri görkəminin süni dəyişdirilməsinə və qanunsuz arxeoloji qazıntılara məruz qalıb. Onların arasında Ağdam şəhərinin yaxınlığında e.ə. II minilliyə aid Üzərliktəpə abidəsi, Kəngərli kəndindəki VI əsrə aid məbəd və XIV əsrə aid türbə ilə daş abidələri, Xaçındərbənd kəndindəki 1314-cü ilə aid Qutlu Sarı Musaoğlu türbəsi, XVIII-XIX əsrlərdəki Qarabağ xanlığının mirası Şahbulaq qalası, xan sülaləsinin imarəti və məqbərələri və s. qeyd oluna bilər. Ağdamda məşhur Çörək Muzeyi darmadağın edilib, Cümə məscidi tövləyə çevrilib. Bu torpaqların əzəli Azərbaycan əhalisi barədə izlərin silinməsi məqsədilə, işğalçılar tərəfindən Ağdam şəhəri adının da belə dəyişdirilməsi Ermənistanın güddüyü məqsədlərini açıq-aşkar nümayiş etdirir.

1993-cü ilin aprelində Kəlbəcərin işğalı ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822 saylı qətnamədə işğalçı qüvvələrin zəbt olunmuş ərazilərdən çıxarılması üzrə təxirəsalınmaz tədbirlər barədə cədvəlin hazırlanması tapşırılıb. Lakin ATƏM-in (hazırda ATƏT) Minsk Konfransının sədri Mario Raffaellinin 27 iyul 1993-cü il tarixli hesabatında qeyd olunduğu kimi, 22-23 iyul 1993-cü il tarixlərində ATƏM-in Minsk Konfransı 9 iştirakçı ölkəsinin bu məqsədlə Romada keçirdiyi iclas zamanı ermənilər, əvvəlcədən Ağdamı işğal etmək niyyətində olmadıqlarını vəd etsələr də, bu addımı atdılar.

Ağdamın işğalı ilə bağlı dünya ictimaiyyəti yekdil mövqe ifadə etdi. ATƏM-in Minsk qrupunun 9 ölkəsi adından bu “hücum qətiyyətlə pislənmiş”, “işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış etmişdir”. 29 iyul 1993-cü il tarixində BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul edib. Orada da “işğalçı qüvvələrin Ağdam rayonu və digər yenicə işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edildi. Lakin Ermənistan tərəfi buna da tabe olmaqdan yayındı. 

Beləliklə, Ermənistan-Azərbaycan münaqişəsinin hələ o mərhələdə nizama salınmasına dair siyasi fürsətlərdən istifadə etməyə, buna dair yekdilliklə qəbul edilmiş BMT qərarlarının yerinə yetirilməsinə imkan verilməyib və yeni-yeni Azərbaycan ərazilərinin işğalı nəticəsində hazırkı ağır vəziyyət yaradılıb. M.Raffaellinin hesabatında bildirildiyi kimi, “güc yolu ilə işğal olunmuş ərazilərdən qoşunların dərhal çıxarılması sülh danışıqlarının irəli aparılması üçün ən mühüm amildir”. Ermənistan tərəfinin tutduğu qeyri-konstruktiv mövqe sayəsində həmin başlıca şərtə əməl olunmaması münaqişənin bu günədək nizama salınmamış qalmasının əsas səbəbi olaraq qalır.

İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllərini davam etdirir.

Ümumiyyətlə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonların Ermənistan silahlı qüvvələri tərəfindən işğalı, işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirir.

Ermənistan nəhayət başa düşməlidir ki, Azərbaycan ərazilərinin işğal altında saxlanması heç zaman Ermənistanın güddüyü siyasi nəticələri verə bilməz və işğala əsaslanan status-kvo Ermənistanın özünü təcridinin və bugünkü sistematik sosial-iqtisadi və demoqrafik böhranının əsas səbəblərindəndir. Azərbaycan ərazilərinin işğalına son qoyulması və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması hərtərəfli regional əməkdaşlıq üçün imkanlar aça və davamlı sülhün təmin olunmasına töhfə verə bilər.

Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi, Ağdam, habelə ölkənin digər işğal olunmuş rayonlarından olan məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaq kimi hüquqlarının təmin edilməsi və ümumilikdə münaqişənin ağır fəsadlarının aradan qaldırılması beynəlxalq ictimaiyyətinin öhdəliyi olmaqla yanaşı, BMT Nizamnaməsində təsbit edildiyi kimi Azərbaycan dövlətinin şəksiz ayrılmaz hüququdur.

Azərbaycan tərəfi münaqişənin tezliklə həlli istiqamətində beynəlxalq səylərinin artırılmasını dəstəkləyərək beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini və vətəndaşlarının pozulmuş hüquqlarını bərpa etmək hüququnu özündə saxlayır”.

S.Xankişiyeva

Paylaş:
414

Son xəbərlər

Kamaləddin Qafarov: “Bu gün Şuşanın yeni tarixi yazılır”Bu gün, 12:42Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbulu davam edir11 / 05 / 2024, 18:05İntensiv yağışlar səbəbindən Qəbələdəki Nohur gölündə suyun səviyyəsi artıb - FOTO - VİDEO11 / 05 / 2024, 17:55Azərbaycanda zəlzələ olub11 / 05 / 2024, 17:34Əlahiddə Ümumqoşun Orduda təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib11 / 05 / 2024, 17:17İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir11 / 05 / 2024, 16:54Prezident və birinci xanım Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında iştirak ediblər - YENİLƏNİB 311 / 05 / 2024, 16:38Güclü külək əsəcək, yağəş yağacaq - XƏBƏRDARLIQ11 / 05 / 2024, 16:30ICESCO-nun Baş direktoru: Şuşanın bütünlüklə Qafqazda musiqinin paytaxtı olması təəccüblü deyil11 / 05 / 2024, 16:14Hərbi vəzifəlilərin təlim toplanışında növbəti tapşırıqlar icra edilir11 / 05 / 2024, 15:54ICESCO-nun Baş direktoru: Fəxr edirik ki, Prezident İlham Əliyev bizim planlarımızı dəstəkləyir11 / 05 / 2024, 15:41Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir11 / 05 / 2024, 15:27Bakıda mənzildə meyit tapılıb11 / 05 / 2024, 15:16Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi üçün böyük səylər göstərir - Prezident11 / 05 / 2024, 15:04DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib11 / 05 / 2024, 15:00Prezident: Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan olunması müsəlman dünyasının Azərbaycana hörmətinin əlamətidir11 / 05 / 2024, 14:58Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək11 / 05 / 2024, 14:44Azərbaycan və Ermənistan XİN başçıları danışıqları davam etdirməyə razılaşıblar11 / 05 / 2024, 14:04Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirov ehtiyata buraxılıb11 / 05 / 2024, 13:56FHN: Ötən sutka 15 yanğına çıxış olub, 7 nəfər xilas edilib11 / 05 / 2024, 13:42
Bütün xəbərlər