XİN rəsmisi: Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri dinamik və hərtərəfli şəkildə inkişaf edir | 1news.az | Xəbərlər
Siyasət

XİN rəsmisi: Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri dinamik və hərtərəfli şəkildə inkişaf edir

15:06 - 23 / 07 / 2018
XİN rəsmisi: Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri dinamik və hərtərəfli şəkildə inkişaf edir

İtaliya prezidentinin Azərbaycana səfəri və Azərbaycan prezidenti İlham Əliyevin Fransaya səfəri bu ölkələr ilə Azərbaycan arasında əlaqələrin dinamik və hərtərəfli şəkildə inkişafının göstəricisidir.

1news.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

“İtaliya prezidentinin Azərbaycana səfəri və Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya səfəri bu ölkələr ilə Azərbaycan arasında əlaqələrin dinamik və hərtərəfli şəkildə inkişafının göstəricisidir. Bu ölkələrlə qarşılıqlı əlaqələrin inkişafı həmçinin Azərbaycan ilə Avropa İttifaqı ilə arasında əməkdaşlığın inkişafına mühüm bir töhfədir”- deyə, XİN sözçüsü qeyd edib.

P.Sultanova

Paylaş:
343

Son xəbərlər

Bütün xəbərlər