Türkiyədə gecə klublarında 14 azərbaycanlı qadın saxlanılıb | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə gecə klublarında 14 azərbaycanlı qadın saxlanılıb

09:55 - 23 / 07 / 2018
Türkiyədə gecə klublarında 14 azərbaycanlı qadın saxlanılıb

Qars rayon polis idarəsinin əxlaq bürosu Karadağ məhəlləsində yerləşən gecə klublarından birində əməliyyat keçirib.

1news.az-ın Türkiyə KİV-ə istinadla verdiyi xəbərə görə, əməliyyat zamanı işləmə icazəsi olmayan 31 əcnəbi qadın saxlanılıb.

Məlumata görə, saxlanılanlardan 14-ü azərbaycanlı, dördü rus, ikisi gürcü, yeddisi erməni, üçü özbək, biri isə moldovalıdır.

Sənədləşmələrdən sonra Posof sərhəd-keçid məntəqəsindən deportasiya ediliblər.

S.Xankişiyeva

 

Paylaş:
521

Son xəbərlər

Bütün xəbərlər