Rusiya hərbçiləri Ermənistanda hərbi təlimlərə başladı | 1news.az | Xəbərlər
Ermənistan

Rusiya hərbçiləri Ermənistanda hərbi təlimlərə başladı

12:29 - 23 / 07 / 2018
Rusiya hərbçiləri Ermənistanda hərbi təlimlərə başladı

Rusiya ordusu Ermənistanda hərbi təlimlərə başlayıb.

1news.az-ın rus mətbuatına istinadla verdiyi xəbərə görə, təlimlərdə 3 mindən çox hərbçi iştirak edir. Taktiki təlimlər zamanı hərbçilər həyəcan siqnalı ilə ayağa qaldırılıb.

Motoatıcı, tank, kəşfiyyat, artilleriya və mühəndis bölmələri təlimin keçirildiyi Kamxud və Alagöz poliqonlarına marş edib. Təlimlərə 500-ə qədər hərbi texnika, o cümlədən hava hücumundan müdafiə qüvvələri, hərbi aviasiya və pilotsuz aviasiya  cəlb olunub.

S.Xankişiyeva

Paylaş:
712

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər