Adnan Oktar mason olub
Adnan Oktarın necə mason olduğunun təfərrüatları üzə çıxıb.
1news.az-ın türk mətbuatına istinadla verdiyi xəbərə görə, Oktarın masonluq sənədini necə əldə etməsini istintaq zamanı C.Ö. adlı şəxs danışıb:
“Adnan Oktar 2012-ci ildə xaricdə daha böyük nüfuz əldə etmək üçün mason olmaq lazım olduğunu bildirdi və məndən araşdırma aparmağımı istədi. Mən isə dünyada ən güclü mason lojalarının “Şotland Rit” və “P2” lojaları olduğunu öyrəndim. “Rit”ə üzv olmaq üçün isə İngiltərədə yaşamaq lazım idi. Bu zaman Adnan məndən “P2” ilə əlaqə qurmağımı istədi. Hər dəfə 350 min avro verərək 33-cü dərəcədən mason oldu. Ümumi olaraq 3 dəfə 350 min avro verdik. Bundan sonra isə 2014-cü ildə İtaliyanın xarici işlər naziri Franko Frattini Türkiyəyə gələrək Adnanla görüşdü”.
Şəxsin ifadəsindən eyni zamanda məlum olub ki, sözügedən loja Vaşinqton lojası ilə birlikdə hərəkət etdiyi üçün Trampın prezidentliyə qəbul gününə dəvət əldə edilib. Adnanı tədbirdə Oktar Babuna təmsil edib. Bu dəvətnamələri əldə etmək üçün isə Adnan Oktar 200 min dollar ödəyib.
Adnan Oktarın daha bir qurbanı danışdı
“Kediciklərin” hocası Adnan Oktar kimdir? – FOTO – VİDEO
Adnan Oktarın şəbəkəsi barədə yeni faktlar – FOTO
S.Xankişiyeva