Rusiyada yaşayan azərbaycanlı çempion övladlığa verildiyini illər sonra öyrəndi: “onlara nifrət...” – VİDEO
Bodibildinq və fitnes üzrə çempion, Ukrayna əsilli Petr Kuşka altı ay əvvəl övladlığa götürülməsi ilə bağlı məlumat alıb.
1news.az-ın Oxu.az-a istinadən verdiyi xəbərə görə, özü və ailəsi ilə bağlı doğruları öyrənmək üçün o, “Rossiya 1” telekanalında, Andrey Malaxovun təqdimatında yayımlanan “Canlı efir” proqramına müraciət edib.
Məlum olub ki, Petrin bioloji atası azərbaycanlıdır.
Oğlan Ukrayna SSRİ-nin Kirovoqrad şəhərində doğulub, bir neçə ay sonra anası Svetlana Sovko ondan imtina edib. Svetlana oğluna Vitalik adını verib. Onun atası isə Elbrus adlı azərbaycanlı olub. Kişi Svetlana və uşaqdan imtina edib. İki aylıq V.Sovko uşaq evinə təhvil verilib.
“Anam məni uşaq evinə verəndə dedi: “Nəhayət ki, bu azərbaycanlını götürün”. Mən düşünürəm ki, o, mənim atamdan inciyib”, - idmançı deyib.
Petr heç vaxt övladlığa götürüldüyünü hiss etməyib. Onun uşaqlığı qayğı, sevgi və diqqət əhatəsində keçib.
“Mənim valideynlərimlə həmişə isti münasibətim olub. Atam kimi olmaq istəyirəm. İdmanla məşğul olanda ona necə güclü olduğumu göstərmək istəyirdim ki, atam mənimlə fəxr etsin”, - Petr bildirib.
İdmançının sözlərinə görə, onda idmana marağı atası yaradıb, o, idmançını məşqlərə aparırdı.
“Heç vaxt hiss etməmişəm ki, mən onun oğlu deyiləm”, - o qeyd edib.
Kuşka onu övladlığa götürənləri “mələk” adlandırıb. O əlavə edib ki, bioloji valideynlərinə də nifrət etmir.
Ürəkdağlayan səhnə proqramın qonaqlarını və ekspertləri şoka salıb.
1news.az