Azərbaycanla Misir arasında birbaşa aviareys açıla bilər | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanla Misir arasında birbaşa aviareys açıla bilər

16:13 - 27 / 07 / 2018
Azərbaycanla Misir arasında birbaşa aviareys açıla bilər

Bu ilin fevralında Qahirədə Azərbaycan-Misir hökumətlərarası komissiyanın iclası keçirildi və orda sənədlər imzalandı. Bu çərçivədə iki ölkə arasında əməkdaşlıq həyata keçirilir.

1news.az xəbər verir ki, bunu Misirin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, iki ölkə arasında ali və nazirlər səviyyədə qarşılıqlı səfərlər gözlənilir, amma dəqiq tarixlər hələ ki, yoxdur:

“Misir prezidenti Azərbaycana səfər dəvətini qəbul edib. Misir Afrika ittifaqında, Azərbaycan isə Qoşulmama Hərəkatında sədrliyə başlayacaq. Bu çərçivədə də əməkdaşlıq ediləcək”.

İki ölkə arasında birbaşa hava reysinin açılmasından danışan səfir Azərbaycanla bununla bağlı razılaşma əldə olunduğunu diqqətə çatdırıb:

“Amma hava şirkətləri aviareysi yerinə yetirməzdən əvvəl qazanclarını hesablayırlar, itki çox olanda, buna getmirlər. Qarşılıqlı turizm axınını o səviyyə çatdırmaq lazımdır ki, birbaşa reyslərin həyata keçirilməsinə zəmin yaransın”.

P.Sultanova

Paylaş:
878

Son xəbərlər

Qaxda zəlzələ olub

Bu gün, 09:31
Bütün xəbərlər