38 deputat Koçaryanla bağlı sənəd imzaladı

Ermənstan parlamentinin bir qrup deputatı sabiq prezident Robert Koçaryana barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı sənəd təqdim ediblər.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, Koçaryanın ofisinin rəhbəri Viktor Soqomonyan sənədə 38 deputatın imza atdığını deyib.
Sənəd Baş prokurora göndəriləcək.
Xatırladaq ki, 2008-ci ilin 1 mart hadisələrinə görə Koçaryan barədə Yerevan məhkəməsi iki aylıq həbs qətimkan tədbiri seçib.
P.Sultanova
483