Şəhriyar dünya çempionunu məğlub edərək beynəlxalq turnirin qalibi oldu | 1news.az | Xəbərlər
İdman

Şəhriyar dünya çempionunu məğlub edərək beynəlxalq turnirin qalibi oldu

16:13 - 01 / 08 / 2018
Şəhriyar dünya çempionunu məğlub edərək beynəlxalq turnirin qalibi oldu

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov İsveçrənin Bil Şəhərində yarışın başa çatmasına bir tur qalmış şahmat turnirinin qalibi olub.

1news.az-ın məlumatına görə, partiyanın doqquzuncu turunda 57-ci gedişdə Məmmədyarov ağ fiqurlarla norveçli dünya çempionu Maqnus Karlsen üzərində qələbə qazanıb.

Matt & Patt saytının məlumatına görə, 56-cı gedişdə Karlsenin buraxdığı böyük səhv ona baha başa gəlib. Saytın yazdığına görə, Məmmədyarov son 10 ildə ilk dəfədir ki, Karlseni klassik şahmatda məğlub edib. 7 xala yiyələnən Şəhriyar Məmmədyarov Karlseni 2 xalla üstələyərək turnirin qalibi olub.

Turnirin digər oyunçularının xalları belədir: Karlsen, Svidler (hərəyə 5 xal), Vaşye-Laqrav (4,5), Navara (4), Qeorqiadis (1,5).

1news.az

Paylaş:
657

Son xəbərlər

Bütün xəbərlər