Paşinyan xalqı yenə meydana çağırdı | 1news.az | Xəbərlər
Ermənistan

Paşinyan xalqı yenə meydana çağırdı

10:41 - 01 / 08 / 2018
Paşinyan xalqı yenə meydana çağırdı

Küçə aksiyalarından baş nazir kreslosuna əyləşən Nikol Paşinyan erməni xalqını yenidən mitinqə çağırıb.

1news.az xəbər verir ki, Paşinyan “Facebook” vasitəsilə aksiyalar üçün darıxdığını etiraf edib və hesabat vermək üçün insanlar; meydana toplaşmağa dəvət edib:  

“Mənim baş nazir vəzifəsinə gəlməyimin 100 günü tamam olur, 17 avqust 18:30-da Respublika meydanında böyük mitinq keçirməyi təklif edirəm".

Paşinyan son 100 gündə Ermənistanda baş verənlər, atılacaq sonrakı addımlar, ölkənin inkişafı üçün hökumətin görəcəyi işlər barədə danışmaq istədiyini deyib: 

"Bu, çox vacib bir hadisədir, sabit inkişafın təməlini qoymaq, eləcə də qarşılaşdığımız problemləri müzakirə etmək üçün hər kəsin iştirakı zəruridir".

Xatırladaq ki, Nikol Paşinyan mayın 8-də Ermənistanın baş naziri seçilib.

P.Sultanova



Paylaş:
586

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər