Sirkdə dəhşətli anlar: təlimçi şirə hücum edən pələngə atəş açdı – VİDEO | 1news.az | Xəbərlər
Dünya

Sirkdə dəhşətli anlar: təlimçi şirə hücum edən pələngə atəş açdı – VİDEO

16:35 - 02 / 08 / 2018
Sirkdə dəhşətli anlar: təlimçi şirə hücum edən pələngə atəş açdı – VİDEO

Moskvada sirk tamaşası zamanı insident baş verib.

1news.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, arenada vəhşi heyvanlar arasında dava olub. Belə ki, pələng şirin üzərinə atılaraq ona gücünü nümyiş etdirmək istəyib. Şir də ona eyni qarşılıqla cavab verib.

Heyvanların təlimçiləri – Edqard və Askold onları ayırmağa çalışsalar da buna müvəffəq ola bilməyiblər. Belə olduqda Askold tapançasını çıxardaraq havaya atəş açıb və yalnız bundan sonra heyvanları ayırmaq mümkün olub.

Tamaşaçılar isə baş verənləri qorxu içində izləyiblər.

Həmin kadrları təqdim edirik:

Babək Cahandarov

Paylaş:
1420

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər