Cəbhədə gərginlik davam edir: düşmən atəşkəs rejimini 73 dəfə pozub | 1news.az | Xəbərlər
Siyasət

Cəbhədə gərginlik davam edir: düşmən atəşkəs rejimini 73 dəfə pozub

09:31 - 02 / 08 / 2018
Cəbhədə gərginlik davam edir: düşmən atəşkəs rejimini 73 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəsi yenidən pozublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata əsasən, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 73 dəfə pozub.

Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Seyidli, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Kürdlər və Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Babək Cahandarov

Paylaş:
716

Son xəbərlər

Bütün xəbərlər