Mübariz Əhmədoğlu: Paşinyan KTMT-nın imicini ləkələdi | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Paşinyan KTMT-nın imicini ləkələdi

11:08 - 03 / 08 / 2018
Mübariz Əhmədoğlu: Paşinyan KTMT-nın imicini ləkələdi

Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) imicinə ciddi zərbə vurdu. KTMT ABŞ və NATO-ya qarşı mübarizəyə son bir ildə Rusiya tərəfindən ciddi şəkildə qoşulmuşdu.

ABŞ-ın və NATO-nun Suriya, Qara dəniz akvatoriyası və digər sahələrdəki siyasətinə qarşı KTMT kəskin bəyanatlar verirdi. N.Paşinyan KTMT baş katibi, Ermənistanın təmsilçisi olan Y.Xaçaturova qarşı cinayət işi açdı. Moskvanın tələblərinə baxmayaraq onun həbs olunması barədə qərar çıxardı, bir neçə saatdan sonra 10 min dollar məbləğində girov müqabilində azadlığa buraxıldı. KTMT baş katibi Y.Xaçaturov 2008-ci ilin 1 mart qırğınları zamanı Yerevan qarnizonunun rəisi olmuşdu. RF Y.Xaçaturovun istintaqa çağırılması ərəfəsində xeyli aktivləşdi.

RF Xİ nazirinin müavini Q.Karasin KTMT baş katibi ətrafındakı vəziyyəti ciddi izlədiklərini bildirdi. S.Lavrov  ermənistanlı həmkarı Z.Mnasakanyana zəng edərək bu məsələni telefonla müzakirə etdi. Az sonra RF-in mövqeyi tam təfsilatı ilə bəlli oldu. RF Y.Xaçaturova qarşı cinayət işinin başlanmasının əleyhinə deyil, amma Y.Xaçaturov istintaqa çağırılana qədər Ermənistan tərəfi Y.Xaçaturovu KTMT baş katibi postundan geri çağırmalıdır. Başqa sözlə, erməni və ya qeyri-erməni olmasından asılı olmayaraq KTMT baş katibi istintaqa cəlb olunmamalıdır. Ermənistan tərəfi bunu etmədi. İstintaq prosesi ilə Y.Xaçaturovun həbs olunması arasında baş verən proseslər Z.Mnasakanyanın Lavrovun zəngini N.Paşinyana çatdırmaq gücündə olmadığını  deməyə əsas verir. Amma N.Paşinyan Y.Xaçaturovun həbsini yubatmadı, həbs etdirib girov müqabilində azadlığa buraxdırdı.

Səhəri gün Ermənistan XİN KTMT baş katibinin dəyişdirilməsi (geri çağırılması deyil, məhz dəyişdirilməsi) prosedurasına başladı. RF XİN buna qarşı bəyanat verdi. RF XİN-dəki mənbə Ermənistan XİN-i qeyri-peşəkarlıqda ittiham etdi. RF-lə körpüləri yandırdığını başa düşən N.Paşinyan Belarus prezidenti A.Lukaşenko ilə vəziyyəti telefonla müzakirə etdi. Təxminən həmin vaxtda S.Lavrov Belarus Xİ naziri ilə KTMT baş katibi məsələsini müzakirə etmişdi. S.Lavrovun davranışı RF XİN-nin Ermənistan XİN-ni qeyri-peşəkar adlandırması Rusiyanın Ermənistana qarşı hirsli olduğunu göstərir.

RF mətbuatında  Y.Xaçaturovla bağlı vəziyyət Ermənistanın NATO-ya tərəf dreyfi kimi qiymətləndirildi. Əsas Y.Stoltenberqin NATO baş katibi olduğu dövrdə Norveçdə cinayət işinin açılması qeyri-mümkündür tezisidir”.

RF Xİ naziri S.Lavrov Ermənistanda baş verənlərə Rusiyanın adından narahatlıq bildirdi.

Bu təkcə KTMT-nin adının ləkələnməsi ilə bağlı deyil. N.Paşinyan bilərəkdən və bilməyərəkdən Rusiyaya arxadan xəncər vurdu.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

 

 

Paylaş:
557

Son xəbərlər

Bütün xəbərlər