Qarın ağrısı ilə xəstəxanaya gəldi, daxili orqanları oğurlandı | 1news.az | Xəbərlər
Dünya

Qarın ağrısı ilə xəstəxanaya gəldi, daxili orqanları oğurlandı

11:17 - 03 / 08 / 2018
Qarın ağrısı ilə xəstəxanaya gəldi, daxili orqanları oğurlandı

Banqladeşdə qarın ağrısı şikayəti ilə xəstəxanaya gələn arakanlı müsəlman gənc Mohammad Zaberin daxili orqanları oğurlanıb.

1news.az xarici mediaya istinadla xəbər verir ki, ailəsi onun meyitini almağa gələndə hadisədən böyük şok keçirib.

Gənc oğlan Myanmadan ailəsi ilə qaçaraq Banqladeşdəki qaçqın düşərgəsində məskunlaşıb.

Əvvəlcə o, ağrı səbəbi ilə UNICEF-in ərazidəki klinikasında müalicə alıb, sonra isə dövlət xəstəxanasına yerləşdirilib. Qarın ağrısı ilə gəlib, xəstəxanada ölən gəncin cənazəsini almağa gələn ailə tabutu açanda onun cinsi orqanı da daxil olmaqla, bütün daxili orqanlarının oğurlandığını görüblər.

Böyük sarsıntı keçirən ailə xəstəxanadan və həkimlərdən şikayət edib. Bölgədəki zülmün bitməsi üçün BMT-yə də çağırış ediblər.

1news.az

Paylaş:
1205

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər