Melaniya açıq şəkildə Trampa qarşı çıxdı
ABŞ mediası birinci xanım Melaniya Trampın açıq şəkildə həyat yoldaşı, prezident Donald Trampa qarşı çıxdığını yazır.
Məlumata görə, bir neçə qadının Melaniya ilə evli olduğu zaman Trampın sevgilisi olduqlarını bəyan etmələrindən sonra birinci xanım həftələrdir ki, ictimaiyyətə görünmür.
Donald Trapm isə internet üzərindən jurnalistlərlə, şou biznes nümayənələri ilə davasını davam etdirir. Yeni bir skandal da özünü çox gözlətməyib.
Belə ki, Tramp “Twitter” hesabında NBA-nın ən yaxşı basketbolçusu Lebron Ceymsi tənqid edib. Bu idmançı müsahibəsində Trampı tənqid edərək onun siyasətinin ölkəni birləşdirmədiyini, əksinə daha çox böldüyünü bildirib.
Cavab olaraq, ABŞ lideri yazıb: "Lebron Ceymsdən televiziyanın ən axmaq adamı, Don Lemon müsahibə alıb. O elə etdi ki, hətta Lebron ağıllı göründü, bu, asan deyil”.
Tramp əlavə edib: "Mən Maykı sevirəm". Bununla da açıq şəkildə ona daha bir tanınmış basketbolçu Maykl Cordanı xatırladıb.
Hələlik Ceyms heç bir reaksiya verməyib, Cordanın reaksiyası isə özünü çox gözlətməyib: "Mən Lebron Ceymsi dəstəkləyirəm. O, cəmiyyətimiz üçün gözəl bir iş görür".
Amma ən gözlənilməz zərbə Donald Trampın həyat yoldaşı Melaniyadan gəlib və o, idmançıların tərəfində olub.
Birinci xanım mətbuat katibi Stefan Qrişem vasitəsilə açıqlama yayıb. "Lebron Ceyms gələcək nəsillərin rifahı üçün gözəl işlər görür, birinci xanım həmişə olduğu kimi uşaqların qaşılaşdığı problemlərlə bağlı açıq dialoqa çağırır. Bildiyiniz kimi, xanım Tramp özünün “Be Best” proqramı ilə ölkə daxili və xaricə səfərlər edib, uşaqlarla sağlam həyat tərzi, müvafiq davranış qaydaları, şəbəkədən düzgün istifadə barədə söhbətlər edib. O, Lebronun “Akron”da açdığı məktəbi ziyarət etməkdən şad olacaq”.
1news.az