Elmar Məmmədyarov: Substantiv danışıqları intensivləşdirməliyik | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov: Substantiv danışıqları intensivləşdirməliyik

12:42 - 06 / 08 / 2018
Elmar Məmmədyarov: Substantiv danışıqları intensivləşdirməliyik

Brüsseldə baş tutan görüş mənim Ermənistanın yeni xarici işlə naziri Zöhrab Mnatskanyanla ilk görüşüm idi. Biz nəticə üzərində fokuslanmışıq və bu istiqamətdə intensiv əsasda dialoqu davam etməyə hazırıq.

1news.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov RİA-Novosti-yə müsahibəsində deyib.

O bildirib ki, nazirlərin yeni görüşünün yeri və tarixi müvafiq kanallar vasitəsilə danışılan texniki məsələdir.

Nazir əlavə edib ki, ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Ermənistan-Azərbaycan münaqişəsi uzun danışıqlar illərdir davam edir: 

"Beynəlxalq ictimaiyyət beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Münaqişənin həlli məhz  əsas şərtlərə əsaslanmalıdır. Bu baxımdan BMT-nin Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993),  884 (1993) sayl qətnamələri işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz Azərbaycan ərazilərindən çıxarılmasını tələb edir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasında məhdudiyyətlər yoxdur.

Minsk qrupunun həmsədrləri tərəfindən təklif edilən mərhələli həll modeli hər kəsə məlumdur. Rusiya, ABŞ və Fransa liderlərinin birgə bəyanatlarında status-kvonun qəbuledilməz olmasına dair dəfələrlə mövqe səsləndirilib.

Əfsuslar olsun ki, indiyə qədər  buna son qoya bilməmişik. Prosesin irəliyə aparılması üçün biz  cari format əsasında və mövcud gündəm çərçivəsində substantiv danışıqları intensivləşdirməliyik".

P.Sultanova

 

Paylaş:
794

Son xəbərlər

Bütün xəbərlər