ATƏT Nazirlər Şurasının növbəti iclasının tarixi açıqlanıb

ATƏT Xarici İşlər Nazirləri Şurasının 25-ci iclası 6-7 dekabr tarixlərində İtaliyanın Milan şəhərində keçiriləcək.
1news.az ATƏT-in saytına istinadla xəbər verir ki, iclasda quruma üzv 57 ölkənin XİN rəhbəri iştirak edəcək.
Nazirlər Şurası ATƏT-in mərkəzi qərar qəbuletmə orqanıdır. Hər il keçirilən iclas 57 ölkənin xarici işlər nazirlərinə təşkilatın fəaliyyətini nəzərdən keçirmək və qiymətləndirmək, ATƏT məkanında təhlükəsizlik məsələləri üzrə dialoqun gücləndirilməsinə imkan yaradır.
Xatırladaq ki, hazırda ATƏT-ə İtaliya sədrlik edir.
P.Sultanova
529