Mübariz Əhmədoğlu: Karasinin aydın şəkildə bildirdi ki, təcavüzü davam etdirəcəyi halda Yerevan cəzalana bilər

Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin 2008-ci il avqustunun Gürcüstan hadisələrinə münasibət bildirərkən diqqət çəkən fikir də açıqlayıb: Dünyanın digər paytaxtları da nəticə çıxarmalıdır ki, təcavüzə qarşı cəza qarşısıalınmazdır.
2008-ci il və sonralar çox ciddi mübahisə gedirdi və erməni tərəfi Azərbaycanı qorxutmağa çalışırdı.
2008-ci ilin avqust hadisələrindən sonra baş verən proseslər dünya dövlətləri içərisində hansı paytaxtın təcavüzkar olduğunu da aydınaşdırdı. 2009-cu il həmsədr ölkə prezidentləri tərəfindən qəbul olunmuş Yenilənmiş Madrid Prinsipləri qəbul edildikdən sonra ATƏT MQ bir neçə dəfə Ermənistanı işğalçı dövlət adlandırdı. Bu həm rəsmi bəyanatlarda var, həm ATƏT-in Minsk Qrupu həmsədrlərinin, xüsusilə, amerikalı həmsədr Ceyms Uorlikin verdiyi bəyanatlarda da özünü göstərir. Beləliklə, təcavüzkar paytaxt bəllidir və bu, Yerevandır.
Rusiya aydın şəkildə bildirdi ki, təcavüzünü davam etdirəcəyi təqdirdə Yerevan cəzalana bilər.
Ermənistan-Rusiya münasibətlərinin indiki vəziyyətində Rusiyanın köhnə mövzunu yada salmasını da təsadüfi hesab etmirik.
Ermənistan normal münasibətlər sisteminə qarşı qayıdarsa, beynəlxalq hüquqa riayət edərsə bu ilk növbədə onun özü üçün faydalıdır.
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq