Azərbaycanda adın, ata adının və soyadın dəyişdirilməsi qaydalarında dəyişiklik edilib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanda adın, ata adının və soyadın dəyişdirilməsi qaydalarında dəyişiklik edilib

09:10 - 09 / 08 / 2018
Azərbaycanda adın, ata adının və soyadın dəyişdirilməsi qaydalarında dəyişiklik edilib

Azərbaycan Nazirlər Kabineti “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nda dəyişiklik edib.

1news.az-ın verdiyi xəbərə görə, bununla bağlı qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliyə əsasən, qaydaların 6-cı (Adın, ata adının və soyadın dəyişdirilməsi) maddəsinə “Qeyd” əlavə olunub. Əlavədə vurğulanıb ki, adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə daxil olan şəxsiyyəti təsdiq edən sənəd və ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə və ya hərbi bilet barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur.

S.Xankişiyeva

 

Paylaş:
513

Son xəbərlər

Bütün xəbərlər