Koçaryan siyasətə qayıdır | 1news.az | Xəbərlər
Ermənistan

Koçaryan siyasətə qayıdır

09:32 - 17 / 08 / 2018
Koçaryan siyasətə qayıdır

Ermənistanın ikinci prezidenti Robert Koçaryan siyasətə qayıtdığını bəyan edib.

1news.az xəbər verir ki, bu barədə Koçaryan Yerkir Media kanalına müsahibəsində deyib.

“Hesab edin ki, mən qayıtdım, birmənalı olaraq”, Koçaryan vurğulayıb.

Hansı formatda, tək, yoxsa siyasi qüvvə yaradaraq siyasətə dönməyi planlaşdırmasına gəlincə, Koçaryan deyib: "Bu qayıdış fərqli formatlarda ola bilər. Amma siyasətə qayıtmaq məcburiyyətində qaldığımın səbəblər barədə danışa bilərəm".

Onun sözlərinə görə, ilk və ən vacib səbəb geosiyasi vəziyyətdir:

"Xəritəyə baxın, görün Ermənistanın hardadır və hansı ölkələrlə əhatə olunub.Türkiyənin Azərbaycanla olan münasibətlərinə, həll olunmamış Dağlıq Qarabağ münaqişəsinə baxın. Və bunların hamısını birlikdə əlaqələndirməyə çalışın. Bəs bizim Ermənistanda nə var?.

"Mənim fikrimcə, bütün bunları başa düşməyən, təcrübəsi olmayan bir hökumət var. O hökümət ki, anlamır ki, ordunu gözdən salmaq olmaz. Bu hökumət ordudan uzaqdır və başa düşmür ki, hazırkı vəziyyətdə yalnız güclü bir ordu bizim dövlətçiliyimizin təminatıdır və Ermənistanın bu qədər ağrılı şəkildə əldə etdiyi tarazlığı pozan addımlar atır. Mən bundan keçdim. Bu təhlükə məni siyasətə qayıtmağa təşviq edir".

Qeyd edək ki, 2008-ci ilin 1 mart hadisələrinə görə həbs edilmiş Koçaryan avqustun 13-də həbsdən azad edilib. 

P.Sultanova

 

 

 

 

 

Paylaş:
985

Son xəbərlər

COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37
Bütün xəbərlər