Ermənistanın sabiq baş nazirinin sürücüsünə ittiham elan edilib | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistanın sabiq baş nazirinin sürücüsünə ittiham elan edilib

15:16 - 20 / 08 / 2018
Ermənistanın sabiq baş nazirinin sürücüsünə ittiham elan edilib

Ermənistanın keçmiş baş naziri Ovik Abramyanın sürücüsü Ambik Qevorkyana ittiham elan  olunub.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə Ermənistanın Xüsusi İstintaq Xidməti məlumat yayıb.

Ambik Qevorkyana qanunsuz silah saxlama maddəsi üzrə cinayət işi açılıb və barəsində yaşadığı ərazini tərk etməməklə bağlı qətimkan tədbiri seçilib.

Qeyd edək ki, 6 və 7 avqust tarixlərində 1 mart 2008-ci il hadisələri ilə bağlı Ambik Qevorkyanın adına qeydiyyata alınmış keçmiş mexaniki-təmir zavodunda üç yüngül pulemyot, 7 avtomat, 2 SVD, 3 silah, 2 ədəd tapança və çox sayda patron, digər silah-sursat aşkar edilib.

Qanunsuz silah-sursat alınması və saxlanılması şübhəsi ilə Ambik Qevorkyan və sabiq baş nazirin qardaşı Henrix Abramyan nəzarətə götürülüb. Daha sonra H.Abramyan həbs edilib.

P.Sultanova

Paylaş:
621

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər