Səfir: Qarabağ münaqişəsinin həllinə köməyi davam etdirməyə hazırıq | 1news.az | Xəbərlər
Siyasət

Səfir: Qarabağ münaqişəsinin həllinə köməyi davam etdirməyə hazırıq

11:58 - 20 / 08 / 2018
Səfir: Qarabağ münaqişəsinin həllinə köməyi davam etdirməyə hazırıq

Rusiya ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həllinə köməyini davam etdirməyə hazırdır.

1news.az  xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı yeni səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib.

Diplomat qeyd edib: "Bizim məqsədimiz münaqişə tərəflərinə hərtərəfli kömək göstərməkdir ki, onlar öz aralarında razılığa gələ bilsinlər. Hazırda danışıqlar prosesində tərəflərin bir-biri ilə tanış olması üçün müəyyən addımlar atılır.

Münaqişə tərəfləri üçün məqbul olan bizim üçün də məqbuldur".

1news.az 

Paylaş:
608

Son xəbərlər

Bütün xəbərlər