Angela Merkelin Cənubi Qafqaza səfəri başlayıb | 1news.az | Xəbərlər
Siyasət

Angela Merkelin Cənubi Qafqaza səfəri başlayıb

16:20 - 23 / 08 / 2018
Angela Merkelin Cənubi Qafqaza səfəri başlayıb

Almaniya kansleri Angela Merkel Gürcüstana rəsmi səfərə gəlib.

1news.az “Ekhokavkaza” istinadla xəbər verir ki, kansler və onun müşayət edən nümayəndə heyətini Tbilisi beynəlxalq hava limanında Gürcüstanın xarici işlər naziri David Zalkaliani və bu ölkənin Almaniyadakı səfiri Elquca Xokrişvili qarşılayıblar. 

A.Merkelin Gürcüstanın baş naziri Mamuka Baxtadze və prezident Giorgi Marqvelaşvili ilə görüşü nəzərdə tutulub. 

Səfərin ikinci günü o, müxalifət nümayəndələri, alman əsgərləri ilə görüşəcək, Gürcüstan-Osetiya münaqişəsi zonasını ziyarət edəcək və burada Avropa İttifaqının müşahidə missiyasının nümayəndələri ilə görüşəcək.

Qeyd edək ki, Almaniya kansleri Gürcüstandan sonra Ermənistan və Azərbaycana da səfər edəcək. 

1news.az           

Paylaş:
870

Son xəbərlər

Bütün xəbərlər