Avstraliyanın yeni baş naziri Skott Morrison olacaq
Skott Morrison Avstraliyanın hakim Liberal Partiyasının lideri və yeni baş naziri seçilib.
1news.az xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.
Partiyanın yeni liderinin seçilməsi liberalların parlament fraksiyasının iclasında baş verib.
Sabiq baş nazir Malkol Ternbull bu yaxınlarda bildirmişdir ki, partiyaya yeni rəhbər seçkiləri keçiriləcəyi halda, siyasətdən gedəcək.
Morrison ilə yanaşı sabiq daxili işlər naziri Peter Dutton və xarici işlər naziri Culi Bişop da seçkilərdə mübarizə aparıb, amma Morrison ikinci turda 45 səslə rəqiblərini üstələyib.
P.Sultanova
570