Ermənistan hökuməti zabitlərin maaşlarını azaldıb | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistan hökuməti zabitlərin maaşlarını azaldıb

11:23 - 24 / 08 / 2018
Ermənistan hökuməti zabitlərin maaşlarını azaldıb

Ermənistan hökuməti dövlət qulluqçularının maaşlarını azaltmaqla dövlət qurumlarının maliyyələşdirilməsi məsələsini həll etməyə qərar verib.

1news.az xəbər verir ki, bu barədə "İravunk” qəzeti yazıb.

Nəşrin məlumatına görə, əmək haqqının azalması 40% -ə çata bilər. Həmçinin, ordu zabitlərinin də maaşları kəsilir. Belə ki, zabitlərin əmək haqqının həcmi məmurların maaşına çatdırılıb.

Bəzi ekspertlər qeyd edirlər ki, bu tədbirlər ölkənin yeni hökumətinin üzləşdiyi maliyyə problemləri ilə bağlıdır.

P.Sultanova

 

Paylaş:
675

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər