86 yaşlı qocanın fırıldağı 48 il sonra ortaya çıxıb
Türkiyə vətəndaşları Veysəl.K və Musa K. 1970-ci ildə Almaniyaya işçi olaraq getmək üçün müraciət ediblər.
Musa K.-nın müraciətinə rədd cavab verilir. Əmisi oğlu isə xəstə olduğu üçün Almaniyaya getməkdən imtina edir. Musa K. özünün fotosunu onun xarici pasportuna vuraraq Almaniyaya gedir və işə qəbul olunur. Beləliklə, o, saxta pasportla 48 il iki ölkəni aldadıb.
48 il bu pasportla Almaniya-Türkiyə arasında gediş-gəliş edən Musa.K nəhayət, polislər tərəfindən saxlanılır və onun haqqında sənədlərin saxtalaşdırılması haqqında cinayət işi açılır. 86 yaşlı Musa K. bu pasportla Almaniyada təqaüdə belə çıxıb.
S.Xankişiyeva
492