Trampdan Makkeyin qadağası
ABŞ prezidenti Donald Tramp senator Con Makkeynin ölümü ilə bağlı hazırlanmış relizin yayılmasını qadağan edib.
1news.az xəbər verir ki, bu barədə "Washington Post" məlumat yayıb.
Məlumata əsasən, Ağ Evin əməkdaşları Makkeynin Vyetnam müharibəsi zamanı qəhramanlığı, əsirlikdə olmağı və ABŞ-a xidməti ilə bağlı bəyanat hazırlayıblar.
Lakin Tramp bildirib ki, onun yerinə prezidentin mətbuat katibi Sara Sanders və Ağ Ev aparatının rəhbəri Con Kellinin çıxış etdiklərinə baxmayaraq, rəsmi reliz əvəzinə " twit "ə üstünlük verir.
Con Makkeynin ölümündən qısa müddət sonra Tramp Ağ Evin rəsmi açıqlamasını gözləmədən başsağlığı “twit”i yazıb.
Makkeyn beyin xərçənginindən 81 yaşında dünyasını dəyişib, onun dəfn mərasimi sentyabrın 2-də Merilend ştatının paytaxtı Annapolisdə keçiriləcək.
1news.az